İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, A Seriyası klubu müdafiəçi Federiko Dimarko ilə "nikah təzələyib". Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni sözləşməyə əsasən 24 yaşlı sol cinah müdafiəçisi 2026-cı ilin yayınadək İtaliya klununun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Federiko Dimarko "İnter"ə mövsümün əvvəlində "Verona"dan transfer olunub. İtaliya millisinin üzvü "göy-qaralar"ın heyətində cari mövsümdə meydana çıxdığı 24 oyunda 2 qol və 2 asistlik performans göstərib.
saytlarin hazirlanmasi