"Roma"nın futbolçusu "Milan"a qarşı oynamayacaq

15:25 - 3 Yanvar 2022

İtaliyanın "Roma" klubunun bir futbolçusu koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. COVİD-19 testi pozitiv çıxan futbolçunun adını açıqlanmayıb. Həmin oyunçu karantinə alınıb.

 

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasının 20-ci turu çərçivəsində səfərdə "Milan"ın qonağı olacaq. Qarşılaşma 6 yanvar tarixində baş tutacaq.

Xəbər xətti