Çalhanoğlunu İtaliyada ən yaxşı seçdilər

16:13 - 15 Yanvar 2022

İtaliyanın "İnter" klubunun heyətində 2021-ci ilin dekabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Hakan Çalhanoğlu A Seriaysı təmsilçisinin heyətində ötən ayın ən yaxşısı seçilib. Məlumatı İtaliya klubunun rəsmi saytı yayıb. 

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü dekabr ayında iştirak etdiyi 6 matçda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər xətti