İtaliya klubunun baş məşqçisi müəyyənləşdi

17:30 - 19 Yanvar 2022

İtaliyanın "Sampdoriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Marko Campaolo "Samdoriya"nın baş məşqçisi postunda iki gün əvvəl istefaya göndərilən Roberto Daversanı əvəz edib.

Xəbər xətti