"Napoli" hücumçusuna qiymət qoydu

21:47 - 27 Yanvar 2022

"Napoli" hücumçusu Viktor Osimheni satmağa hazırdı.

 

Sportal.az xəbər verir ki, Neapol klubu nigeryalı forvard üçün 70 milyon avrodan yuxarı təkliflərə təkliflərə açıqdı. Osimhenin xidmətində bir neçə İngiltərə klubunun maraqlı olduğu bildirilir.

 

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 16 oyunda 9 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti