Alvaro Morataya transfer icazəsi

15:15 - 29 Yanvar 2022

"Yuventus" "Barselona"nın transfer hədəfində olan Alvaro Moratanın komandadan ayrılmasına icazə verib.

 

Sportal.az xəbər verir ki, müqavilə ilə "Atletiko"ya məxsus olan futbolçunun katalonlara keçidinə Madrid klubu da mane olmayacaq. Bu səbəbdən İspaniya millisinin üzvü agentinin "Barselona" ilə danışıqları müsbət yekunlaşdırımasını tapşırıb.

 

Tərəflərin tezliklə anlaşacağı və Moratanın "Barselona"ya keçəcəyi gözlənilir. 29 yaşlı futbolçu bu mövsüm Turin klubunda keçirdiyi 28 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti