"Milan" azarkeşləri İtaliya Kubokunun "Latsio"ya qarşı yarımfinal oyununda (4:0) komandanın futbolçusu Frank Kessyeni fitə basıblar.
Sportal.az xəbər verir ki, fanatlar Fil Dİşi Sahilindən olan yarımmüdafiəçinin müqavilə yeniləməməsinə etiraz olaraq bu addımı atıb. Onlar Kessyenin yayda azad agent kimi getməsinə qarşıdılar.
26 yaşlı orta xətt oyunçusu isə mövsümün sonunda "Barselona"ya keçmək niyyətindədi.