"Atalanta" İtaliya A Seriyasının XXV turunda "Yuventus"la qarşılaşıb.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən matç Berqamo təmsilçisinin vingeri Jeremi Boqa üçün əlamətdar olub.
Fil Dişi Sahilindən olan oyunçu A Seriyasında 100-cü oyununu keçirib. Boqa bu matçlarda heç vaxt sarı vərəqə almayıb. O, çempionat tarixində XXI əsrdə bu güstəriciyə imza atan ilk oyunçu olub.