Mourinyonu cəza gözləyir

16:40 - 21 Fevral 2022

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo cəzalandırılacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin A Seriyasının 26-cı turunun "Verona" ilə matçında (2:2) hakimin ünvanına səsləndirdiyi ifadələrdir. Mourinyo qarşılaşmanın baş hakimi Luka Payrettoya " səni bu oyuna bilərəkdən təyin ediblər, səni göndərən "Yuventus"dur" deyib və qırmızı vərəqə ilə meydandan qovulub.

 

İtaliya mətbuatının yazdığınına görə, Joze Mourinyoya 2-3 matçlıq cəza veriləcək.

Xəbər xətti