İtaliya A Seriyasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Yuventus"un hücumçusu Duşan Vlahoviç layiq görülüb. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Serbiyalı forvard azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qeyd edək ki, qış transfer pəncərəsi zamanı "Fiorentina"dan "Yuventus"a keçən 22 yaşlı futbolçu İtaliya çempionatında fevral ayı ərzində meydana çıxdığı 4 matçda 3 qol vurub.
saytlarin hazirlanmasi