Jiru: "Uşaqlıqda "Arsenal"la "Milan"a azarkeşlik edirdim"

19:10 - 23 Mart 2022

"Milan"ın hücumçusu Olivier Jiru komandasının çempionluq şansı haqda danışıb.

 

Sportal.az xəbər verir ki, fransalı forvard son matçların final kimi olacağını deyib:

 

"İnter", "Napoli" və "Yuventus" hələ də bizim üçün təhdiddir. Çempionluğun mümkün olduğunu bilirik. Amma sona qədər mübarizə aparmalıyıq. Son matçlar final kimi olacaq. 

 

Uşaqlıqda "Arsenal"la "Milan"a azarkeşlik edirdim. İki komanda da mənim favoritim idi. Andrey Şevçenko "Milan"da oynayırdı. Mən də onun kimi İtaliya çempionu olmaq istəyirdim".

Xəbər xətti