İtaliya klubu İnzagini istefaya göndərdi

12:32 - 24 Mart 2022

İtaliyanın "Breşiya" klubu baş məşqçi Filippo İnzaqi ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Filippo İnzagi "Breşiya"nın baş məşqçisi postuna 2021-ci ilin iyun ayında təyin olunmuşdu. Komanda 31 turdan sonra 54 xal toplayıb və B Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti