"Milan"ın futbolçusu Zlatan İbrahimoviç açıqlama verib.
Sportal.az xəbər verir ki, isveçli hücumçu gələcəyi ilə bağlı danışıb:
"Görək, gələcəkdə necə olacaq. Karyeramı bitirəndən sonra bu qərarıma peşman olmaq istəmirəm. Belə şey olsa, həyatımın sonuna qədər peşmanlığı yaşayaram. Mümkün olduğu qədər çox oynamağa çalışacam. Məndən daha yaxşı biri olduğunu görənə qədər oynayacam".
39 yaşlı futbolçu bu mövsüm A Seriyasında 18 oyunda 8 qol vurub.