İtaliya milli komandası DÇ-2022-də iştirak edə bilər.
Sportal.az xəbər verir ki, FIFA İran millisini mundialdan kənarlaşdıacağı halda, onun əvəzinə İtaliya yarışda iştirak edəcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün DÇ-2022-də iştirak edəcək.
FIFA İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün belə qərara gələ bilər.
Qeyd edək ki, İtaliya millisi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq, mundialdan kənarda qalıb.
saytlarin hazirlanmasi