"Tottenhem"in baş məşqçisi İtaliyada ən yaxşı seçildi

11:32 - 1 Aprel 2022

İtaliya A Seriyasında ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 2020/2021 mövsümünün ən yaxşısı adına hazırda "Tottenhem"i çalışdıran Antonio Konte layiq görülüb.

 

"İnter"i 11 il sonra çempion edən 52 yaşlı mütəxəssis məşqçilər arasında keçirilən sorğuda bütün rəqiblərini qabaqlayıb. İkinci yerin sahibi Kontedən bir səs geri qalan "Milan"ın çalışdırıcısı Stefano Pioli olub. İlk üçlüyü "Atalanta"nın baş məşqçisi Can Pyerro Qasperini qapayıb.

Xəbər xətti