"Roma" Avropa Konfrans Liqası 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Budo Qlimt"ə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Joze Mourinyo matçdan sonra açıqlama verib. 59 yaşlı mütəxəssis cavab görüşündə Norveç təmsilçisini məğlub edəcəklərini bildirib:
"Süni örtüklü meydançada zədələnmək ethimalı ilə oynadıq. Canluka Mançini zədələndi. Bu stadionda oynamağımıza icazə verənlərə təşəkkür edirik. Mübarizəni dayandırmamışıq, sadəcə ilk oyunda məğlub olduq. "Budo Qlimt"i üç matçdır məğlub edə bilmirik, bu, doğrudur. Amma öz meydanımızda onlara qailib gəlib yarımfinala biz yüksələcəyik".
Qeyd edək ki, bu komandalar asasında cavab oyunu 14 aprel tarixində keşiriləcək.
saytlarin hazirlanmasi