"Milan"ın istədiyi hücumçu klubu ilə yeni müqavilə imzaladı

20:37 - 13 Aprel 2022

İtaliyanın "Sassuolo" klubunda yeni müqavilə imzalanıb.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Canluka Skamakka ilə sözləşmənin müddətini uzadıb. "Milan" və "Napoli"nin heyətinə qatmaq istədiyi 24 yaşlı hücumçu ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Canluka Skamakka "Sassuolo"ya 2021-ci ilin yayında "Cenoa"dan transfer olunub. İtaliya millisinin üzvü cari mövsümdə "yaşıl-qaralar"ın heyətində meydana çıxdığı 32 oyunda 13 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti