UEFA Rusiyaya sanksiyaların müddətini uzadır

14:51 - 30 Aprel 2022

UEFA Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadacaq.

 

Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumu növbəti həftə bu məsələ ilə bağlı qərarını açıqlayacaq.

 

Rusiya Futbol İttifaqı UEFA-dan çıxarılmayacaq. Amma diskvalifikasiya qərarı 2022/2023 mövsümündə də qüvvədə olacaq.

 

Fevralın 28-də UEFA və FIFA Rusiyanın Ukraynana hərbi müdaxiləsinə görə bu ölkənin milli komandaları və klublarının turnirlərdən kənarlaşdırıldığını elan etmişdi.

Xəbər xətti