"İnter" geridönüşlə lider oldu - VİDEO

10:31 - 7 May 2022

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "İnter" doğma meydanda "Empoli"ni qəbul edib. Qarşılaşma Milan təmsilçisinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

 

Bu qələbədən sonra "İnter" 78 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. 2-ci yerdə olan "Milan"ın 77 xalı var və 1 oyun az keçirib. "Empoli" isə 37 xalla 14-cü yerdədir.

 

"İnter" - "Empoli" 4:2

Qollar: Romanyoli, 40 (avtoqol), Lautaro Martines, 45, 64, Aleksis Sançes, 90+4 - Pinamonti, 5, Asllani, 28

 

Xəbər xətti