Azərbaycan millisinin hücumçusu "Kayrat"a keçir

13:13 - 20 May 2022

Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela Rusiyanın "Tümen" klubundan ayrılmağa hazırlaşır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futzalçı "Kayrat"a keçəcək.

Bu barədə Rusiya klubunun prezidenti Aleksandr Popov Rusiya mətbuatına açıqlamasında deyib. Onun bildirdiyinə görə, FİFA və UEFA-nın Rusiya yığmaları və klublarına qoyduğu qadağa aradan qaldırılacağı təqdirdə braziliyalı kluba qayıdacaq. Hazırki vəziyyətdə isə "Tümen" Çempionlar Liqasının “dördlər finalı”nda oynamaqdan məhrum olub. 

Xəbər xətti