İtaliyada mövsümün ən yaxşı oyunçusu açıqlandı

13:40 - 23 May 2022

İtaliya A Seriyasında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, başa çatan mövsümün ən yaxşısı adına "Milan"ın yarımmüdafiəçisi Rafel Leao layiq görülüb. 

 

22 yaşlı portuqaliyalı vinger cari mövsümdə A Seriyasında meydana çıxdığı 34 oyunda 11 və 10 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının çempionluğunda önəmli rol oynayıb.

Xəbər xətti