İtaliya klubu baş məşqçi ilə yollarını ayırdı

12:36 - 28 May 2022

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.


Sportal.az xəbər verir ki, "Verona" İqor Tudorla yollarını ayırıb. 44 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.


İqor Tudor 2021-ci ilin sentyabr ayından "Verona"nı çalışdırırdı. Xorvatiyalı məşqçinin rəhbərliyi altında komanda İtaliya çempionatını 53 xalla 9-cu pillədə başa vurub.

Xəbər xətti