İtaliyanın "Udineze" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Andrea Sottil çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı italiyalı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Andrea Sottilin son iş yeri "Askoli" olub. O, B Seriyası təmsilçisini 2020-2022-ci illərdə çalışdırıb.
Tarix: 7 İyun [21:59]
|
|
Müəllif: Sportal.az
|