"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın Çempionlar Liqasında iştirak etməyəcəyinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu durumdan istifadə edib Premyer Liqada daha uğurlu çıxış edərək, qitənin ən nüfuzlu klub turnirinə qayıdacaqlarını deyib:
"Mançester Yunayted" klubu olaraq yeni mövsümdə Çempionlar Liqasında yer almayacağıq. Bu, həm mənin üçün, həm də klub üçün aclnacaqlı vəziyyətdir. Həqiqətən də o atmosfer üçün darıxacağam, Ancaq müsbət tərəfdən baxsaq, Premyer Liqaya daha çox köklənə biləcəyik. Bunun sayəsində də yenidən Çempionlar Liqasına qayıdacağıq".
Qeyd edək ki, Erik ten Haq "Mançester yunayted"lə 3 illik müqavilə imzalayıb. Niderlandlı mütəxəssisin sözləşməsində yer alan maddəyə görə komanda növbəti mövsümdə Premyer Liqanı ilk dörd pillədən birində başa vurub ÇL-ə vəsiqə əldə etsə, o, 3,5 milyon avro bonus qazanacaq.
saytlarin hazirlanmasi