Premyer Liqa klubu baş məşqçi ilə uzunmüddətli müqavilə imzaladı

13:35 - 6 Avqust 2022

İngiltərənin "Nyukasl" klubu baş məşqçi Eddi Hou ilə yola davam etmək qərarı verib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 44 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalayıb. Lakin sözləşmənin neçə illik olduğu barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Eddi Hou 2021-ci ilin noyabr ayından "Nyukasl"ı çalışdırır. Komanda ingiltərəli mütəxəssisin rəhbərliyi altında 27 matçda 13 qələbə qazanıb, 4 heç-heçə edib, 10 dəfə isə meydanı məğlub tərk edib.

Xəbər xətti