"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunun həftə ərzində məşqlərdə özünü yaxşı göstərdiyini bildirib. Lakin o, Ronaldonun "Brentford"la matça start heyətində çıxıb-çıxmayacağı ilə bağlı konkret fikir səsləndirməyib:
"Kriştiano yaxşı məşq həftəsi keçirdi. İlk turun oyununda təxminən 45 dəqiqə oynamışdı. Ronaldonun sabah əsas heyətdə başlayıb-başlamayacağını matç başlayanda görəcəyik. Onun oynamağı ilə bağlı qərarı mən verəcəyəm".
saytlarin hazirlanmasi