"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haalandla bağlı sualları cavablanırıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 22 yaşlı forvard haqda fikirlərini səsləndirib. O, norveçli hücumçunun komanda yoldaşları ilə yaxşı anlaşdığını deyib:
"Haaland möhtəşəm futbolçudur. Amma onunla cəmi bir aydır ki, birlikdə çalışırıq. Deməyimə ehtiyac yoxdur, hamımız bilirik ki, qələbəyə aclığı var. Məni ən çox xoşbəxt edən Haalandın məşqlərdəki performansıdır. Erlinq çox sadədir, ancaq təcrübəli oyunçularla yox, gənclərlə də çox münasibət qurur, futbolçularla yaxşı anlaşır.
Qol vurmaq üçün yaxşı xüsusiyyətləri var. Amma mən ötürmə gözləyən hücumçuları sevmirəm. Hücumçunun oyuna daxil olmasını istəyirəm. Fikrimcə Haaland topa sahib olmağı sevir. Təkcə o, yox, bütün futbolçularım çox mübarizə aparmaıdır".
saytlarin hazirlanmasi