"Milan" ingiltərəli müdafiəçi ilə 5 illik müqavilə imzaladı

15:59 - 13 Avqust 2022

İtaliyanın "Milan" klubunda yeni sözləşmə qeydə alınıb.

 

SportaI.az xəbər verir ki, A Seriyası təmsilçisi Fikayo Tomori ilə müqavilə yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

İngiltərəlİ müdafiçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Fikayo Tomori 2021-ci ilin yanvar ayında "Çelsi"dən transfer olunub. 24 yaşlı futbolçu son mövsümdə İtaliya klubunun heyətində meydana çıxdığı 40 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti