"Mançester Siti"nin əfsanəsi "Tottenhem"də

20:36 - 19 Avqust 2022

"Mançester Siti"nin keçmiş futbolçusu Yaya Ture Londonda çalışacaq.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu "Tottenhem"də işləyəcək. Fil Dişi Sahili millisinin sabiq üzvü paytaxt klubunun akademiyasında məşqçi kimi çalışacaq.

 

Qeyd edək ki, Yaya Ture 2010-2018-ci illərdə "Mançester Siti"də çıxış edib. O, "şəhərlilər"in heyətində meydana çıxdığı 316 matçda 79 qol və 49 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti