Harri Keyn yeni rekorda imza atdı

18:18 - 20 Avqust 2022

"Tottenhem"in hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı forvard buna Premyer Liqanın 3-cü turunun "Vulverhempton"la oyununda (1:0) qol vurmaqla nail olub.

 

Təcrübəli qolçu İngiltərə Premyer Liqasında bir komandanın heyətində ən çox qol vuran futbolçu olub. "Tottenhem" forması ilə 185-ci dəfə fərqlənən ingiltərəli oyunçu "Mançester Siti"nin heyətində 184 dəfə qol sevinci yaşayan Serxio Aqueronu qabaqlayıb.

 

Bununla yanaşı Harri Keyn İngiltərə çempionatları tarixində ən çox qol vuran 4-cü futbolçu adına da yiələnib. O, Alan Şirer (260), Ueyn Runi (208) və Endi Kouldan (187) geri qalır.

Xəbər xətti