İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Marselo Brozoviç sürcülük vəsiqəsi ala bilmir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu yenə sürücülük vəsiqəsi imtahanından kəsilib. 30 yaşlı yarımmüdafiəçi artıq 25-ci dəfədir ki, eyni halla üzləşir.
Qeyd edək ki, Marselo Brozoviç "İnter"ə 2016-cı ilin yayında Zaqreb "Dinamo"sundan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə Milan təmsilçisinin heyətində 3 A Seriyası matçına çıxıb.
saytlarin hazirlanmasi