"Çelsi" ingiltərəli yarımmüdafiəçi ilə yollarını ayırdı

19:30 - 29 Avqust 2022

İngiltərənin "Çelsi" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi Ross Barkli ilə yollarını ayırıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

İngiltərə millisinin keçmiş üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Ross Barkli "Çelsi"yə 2018-ci ildə "Everton"dan transfer olunmuşdu. 28 yaşlı yarımmüdafiəçi "zadəganlar"ın heyətində meydana çıxdığı 100 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti