"Çelsi" səfərdə məğlub oldu - VİDEO

10:09 - 31 Avqust 2022

İngiltərə Premyer Liqasında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Çelsi" səfərdə "Sauthempton"un qonağı olub. London təmsilçisi bu görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub. 

 

5 turdan sonra hərəyə 7 xal toplayan "Sauthempton" və "Çelsi" turnir cədvəlinin müvafiq olaraq VII və VIII pillələrində qərarlaşıb.

 

"Sauthempton" - "Çelsi" 2:1

Qollar: Romeo Layva, 28, Adam Armstronq, 45+1 - Rahim Sterlinq, 23

 

Xəbər xətti