"İnter" 3 xalı 3 qolla qazandı - VİDEO

10:54 - 31 Avqust 2022

İtaliya A Seriyasında IV turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "İnter" doğma meydanda "Kromoneze"ni qəbul edib. Qarşılaşma Milan təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 9-a yüksəldən "İnter" A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda məğlub olan "Kromoneze" isə 19-cu yerdədir.

 

"İnter" - "Kromoneze" 3:1

Qollar: Xoakin Korrea, 12, Nikola Barella, 38, Lautaro Martines, 76 - David Okereke, 90

 

Xəbər xətti