Premyer Liqa matçlarının peyk üzərindən yayımı dayandırıldı

14:17 - 31 Avqust 2022

Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

 

Sportal.az xəbər verir ki, tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün İTV-də oyunların peyk üzərindən yayımı dayandırılıb.

 

Bu səbəbdən efirimizdə İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq.

Xəbər xətti