"Yuventus" evdə qələbə qazandı - VİDEO

13:04 - 1 Sentyabr 2022

İtaliya A Seriyasında 4-cü turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, "Yuventus" doğma meydanda "Spetsiya"nı qəbul edib. Qarşılaşma Turin təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 8-ə yüksəldən "Yuventus" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 4 xalı olan "Spetsiya" isə 13-cü yerdədir.

 

"Yuventus" - "Spetsiya" - 2:0
Qollar:
Duşan Vlahoviç, 9, Arkadiuş Milik, 90+2

 

Xəbər xətti