İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, geridə qalan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb. Gürcü vinger İtaliya Futbolçular Birliyinin seçiminə əsasən ən yaxşı adına layiq görülüb.
Qeyd edək ki, 21 yaşlı futbolçu avqust ayında "Napoli"nin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi