"Çelsi" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

16:40 - 5 Sentyabr 2022

İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi sağ müdafiəçisi Ris Ceymslə "nikah təzələyib". Yeni sözələşməyə əsasən İngiltərə yığmasının üzvü 2028-ci ilin yayınadək "mavilər"ə məxsus olacaq.

 

Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. 23 yaşlı müdafiəçi əsas komandanın heyətində meydana çıxdığı 128 matçda 10 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti