İtaliya klubu baş məşqçini istefaya göndərdi

18:46 - 6 Sentyabr 2022

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Bolonya" Sinişa Mixayloviçlə yollarını ayırıb. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

 

Qeyd edək ki, 5 turdan sonra 3 xal toplayan "Bolonya" İtaliya çempionatında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti