"Napoli" hücumçusunu itirdi

13:08 - 8 Sentyabr 2022

İtaliyanın "Napoli" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Neapol təmsilçisinin hücumçusu Viktor Osimhen sıradan çıxıb.

 

23 yaşlı forvard Çempionlar Liqası qrup mərhələsinin ilk turunun "Liverpul"la matçında (4:1) zədələnərək meydanı tərk edib. Nigeriyalı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Xəbər xətti