İngiltərə Premyer Liqasında 7-ci turun oyunları təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna səbəb Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsidir. Məlumatı Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Matçların yeni tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Premyer Liqada 7-ci turun oyunları 10-11-12 sentyabr tarixlərində keçirilməli idi.
saytlarin hazirlanmasi