İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Gürcü futbolçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya "Napoli"yə yayda Batumi "Dinamo"sundan transfer olunub. 21 yaşlı vinger avqust ayında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi