"Çelsi"də ciddi itki: "Zaltsburq"a qarşı oynamayacaq

16:10 - 13 Sentyabr 2022

"Çelsi" Çempionlar Liqası qrup mərhələsinin II turunun oyununda doğma meydanda "Zaltsburq"u qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. İngiltərə klubunun qapıçısı Eduard Mendi zədə səbəbindən vacib matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Çelsi" - "Zaltsburq" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti