Premyer Liqada ən yaxşı baş məşqçi açıqlandı

17:27 - 16 Sentyabr 2022

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu "Arsenal"ı çalışdıran Mikel Artetadır. İspaniyalı mütəxəssis ötən ayın ən yaxşı baş məşqçisi seçilib. Məlumatı turnirin rəsmi saytı yayıb.


Qeyd edək ki, Mikel Artetanın rəhbərlik etdiyi "Arsenal" İngiltərə Premyer Liqasında avqust ayında keçirdiyi 5 Premyer Liqa oyununun hamısında qələbə qazanıb.

Xəbər xətti