"Arsenal"ın futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, "Brentford"la matçın 90-cı dəqiqəsində Fabio Vieyranın əvəzinə meydana daxil olan oyunçu çempionat matçında oynanan ən gənc futbolçu olub. O, 15 yaş 181 günlüyündə Premyer Liqada debüt edib.
İtan Harvi Eliotun rekordunu keçib. "Liverpul"un oyunçusu 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.
Qeyd edək ki, "Arsenal" səfərdə "Brentford"u 3:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi