PSJ-nin yarımmüdafiəçisi millidən kənarda qaldı

19:58 - 19 Sentyabr 2022

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb. Bu barədə yığmanın baş məşqçisi Roberto Mançini məlumat verib.

 

Fransa çempionatının 8-ci turunun "Lion"la matçında zədələnən 29 yaşlı yarımmüdafiəçi millinin düşərgəsinə qoşulmayıb.

 

Qeyd edək ki, İtaliya millisi UEFA Millətlər Liqasında 23-də İngiltərə, 26-da isə Macarıstanla qarşılaşacaq.

Xəbər xətti