"İnter"ə qol vurduğu zaman evinə oğrular girdi

20:18 - 19 Sentyabr 2022

"Udineze"nin futbolçusu Tolqay Arslanın evinə oğrular girib.

 

Sportal.az xəbər verir ki, hadisə İtaliya A Seriyasının 7-ci turunun "İnter"lə oyunu zamanı baş verib. Soyğunçular türk yarımmüdafiəçinin evindən iki notbuk, zinət əşyaları və 12 min avro pul aparıblar.

 

Qeyd edək ki, dünən baş tutan matçda "Udineze" "İnter"i 3:1 hesabı ilə məğlub edib. Komandanın üçüncü qolunu isə Tolqay Arslan vurub.

Xəbər xətti