Kannavaro İtaliya klubunun baş məşqçisi oldu

18:58 - 21 Sentyabr 2022

Fabio Kannavaro baş məşqçi karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Benevento" klubunun baş məşqçisi olub. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İtaliyalı çalışdırıcı ilə 2 ilik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kannavaro son olaraq 2019-cu ildə Çin milli komandasına rəhbərlik edib.

Xəbər xətti