"Milan"da şok itki: 1 ay oynamayacaq

15:19 - 24 Sentyabr 2022

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.


Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin qapıçısı Mik Menyan sıradan çıxıb. 27 yaşlı qolkiper Millətlər Liqası qrup mərhələsinin 5-ci turunun Fransa - Avstriya matçında (2:0) zədələnib.


Təcrübəli "əlcək sahibi" 1 ay yaşıl meydanlardan kənarda qalacaq. O, İtaliya çempionatının "Empoli", "Yuventus", Çempionlar Liqasının isə "Çelsi" ilə hər iki oyununu buraxacaq.

Xəbər xətti