"İnter"də ciddi itki: "Roma" və "Barselona"ya qarşı oynamayacaq

15:23 - 26 Sentyabr 2022

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Marselo Brozoviç sıradan çıxıb. 29 yaşlı futbolçu Xorvatiya millisinin UEFA Millətlər Liqasında Avstriya ilə keçirdiyi oyunda (3:1) zədələnib.

 

Brozoviç İtaliya A Seriyasında "Roma"ya, Çempionlar Liqasında isə "Barselona"ya qarşı keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcək.

Xəbər xətti